İsrail iqtisadiyyatı özünü təmin etmək üçün kifayət qədər güclü olduğundan Təl-Əviv bu ilin əvvəlində Vaşinqtondan gələn yardımı rədd edə bilər.
Reyting.az xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu bildirib.
“News18”-in məlumatına görə, Netanyahu "Amerika yardımını dayandırmaq istəyirəm. Bu, rifah kimidir; mənə lazım deyil",- söyləyib.
Baş naziri əlavə edib ki, Amerika yardımından imtina prosesinin bu il başlamasını istəyir.
İyunun 27-də "Politico" qəzeti yazmışdı ki, İsrail ABŞ-la İrana qarşı son birgə hərbi əməliyyatlara baxmayaraq, getdikcə artan beynəlxalq təcridlə üzləşir. ABŞ-ın vitse-prezidenti J.D. Vens isə vurğulayıb ki, İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunun artıq təmin edilmədiyini anlamalıdır.
E. Kamal