Advert
Advert

İsrail Fransanın danışıqlarda iştirakına qadağa qoyub

Tarix:
İsrail Fransanın danışıqlarda iştirakına qadağa qoyub
Reklam

İsrail gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan Livanla birbaşa danışıqlarda Fransanın iştirakını qadağan edib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” qəzeti mənbəyə istinadən yayıb.

Məlumata görə, İsrail Fransanı son bir ildəki davranışlarına görə, o cümlədən Livanda şiə hərəkatı “Hizbullah”ın tərksilah edilməsinə köməklik göstərməməsi və Parisin İrana qarşı əməliyyat zamanı İsrailə silah daşıyan Amerika təyyarələrinin onun hava məkanından keçməsinə icazə verməməsi səbəbilə “ədalətsiz vasitəçi” hesab edir.

E. Kamal
 

Reklam