Advert
Advert

İsrail İrana 800-dən çox hava hücumu edib

Tarix:
İsrail İrana 800-dən çox hava hücumu edib
Reklam

İsrail 28 fevraldan bəri təxminən 16.000 bomba və raketdən istifadə edərək İrana 800-dən çox hava hücumu həyata keçirib.

Reyting.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Qeyd olunur ki, İsrail ordusu 2025-ci ilin iyun ayında 12 günlük kampaniyadan sonra İranda 5000-dən çox yeni hədəf müəyyən edib.

Bildirilir ki, hava hücumu zamanı müdafiə sistemləri, ballistik raket buraxıcıları, silah fabrikləri, nüvə obyektləri, müxtəlif qərargahlar, eləcə də hərbi komandirlər və siyasi liderlər də daxil olmaqla İranda təxminən 4000 hədəfə zərbələr endirilib. Ümumilikdə, bu hədəflərə 10.000-dən çox ayrı hücum həyata keçirilib.

Onu da qeyd edək ki, Tehran və Vaşinqton administrasiyası arasında davam edən danışıqlara baxmayaraq, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. İsrailin hücumlarına cavab olaraq, İran təkcə ölkənin daxilində deyil, həm də ABŞ bazalarının yerləşdiyi bir neçə regional ölkədəki hədəflərə, o cümlədən Qətər, BƏƏ, Bəhreyn və Küveytə zərbələr endirib.

V. Quliyev

Reklam