Advert
Advert

İsrail İrana qarşı yeni əməliyyatlara hazırlaşır

Tarix:
İsrail İrana qarşı yeni əməliyyatlara hazırlaşır
Reklam

İsrail İrana qarşı hərbi əməliyyatların yenidən başlamasını istisna etmir və buna hazırdır.

Reyting.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz dövlət televiziyası “Kan”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrail ordusu yaxın gələcəkdə İrana qarşı hərəkətə keçməyə hazırdır. 

Xatırladaq ki, aprelin 23-də Katz İsrail ordusunun İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu bildirərək, İsrailin ABŞ-dan “yaşıl işıq” gözlədiyini bildirmişdi. Daha sonra o, İsrailin bu dəfə mümkün olan ən sərt tədbirlər görməyi planlaşdırdığını və İran iqtisadiyyatını tamamilə məhv edəcəkləri ilə hədələmişdi.

V. Quliyev

Reklam