Advert
Advert

İsrail Kallasla bütün əlaqələri dayandırıb

Tarix:
İsrail Kallasla bütün əlaqələri dayandırıb
Reklam

İsrail Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasla bütün əlaqələri dayandırdığını açıqlayıb.

Reyting.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar cümə axşamı sosial media hesabında paylaşım edib.

İsrailli nazir bu qərarı Kallasın İsraili aparteid dövründəki Cənubi Afrika Respublikası ilə müqayisə etməsi iddiası ilə əsaslandırıb.

Saarın sözlərinə görə, Aİ-nin ali nümayəndəsi artıq bir müddətdir ki, İsrail dövlətinə qarşı qərəzli münasibət nümayiş etdirir. O bildirib ki, Kaja Kallas Meksikaya son səfəri zamanı İsraili vaxtilə Cənubi Afrikada mövcud olmuş aparteid rejimi ilə müqayisə edib.

Nazir həmçinin qeyd edib ki, Kallas indiyədək bu iddia olunan açıqlama ilə bağlı heç bir təkzib, izahat və ya münasibət bildirməyib.

“Buna görə də, İsrail dövlətinin xarici işlər naziri olaraq, xanım Kallas dünyanın yeganə yəhudi dövlətinə, eyni zamanda Yaxın Şərqdə yeganə demokratiya olan İsrailə qarşı səsləndirdiyi bu ittihamı geri götürənədək onunla bütün əlaqələri dayandırmaqdan başqa seçimim yoxdur. Mən də məhz bunu edirəm”, - deyə Saar bildirib.

E. Kamal
 

Reklam