Advert
Advert

İsrail-Livan danışıqlarında ABŞ-ı Rubio təmsil edəcək

Tarix:
İsrail-Livan danışıqlarında ABŞ-ı Rubio təmsil edəcək
Reklam

ABŞ dövlət katibi Marko Rubio İsrail və Livan arasında bu gün Vaşinqtonda keçirilməsi planlaşdırılan birbaşa danışıqlarda iştirak edəcək.
 
Reyting.az xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin rəsmisinə istinadla məlumat yayıb. 

Marko Rubionun rəhbərlik edəcəyi ABŞ nümayəndə heyətinin tərkibində ölkənin Beyrutdakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem də olacaq. 

İsrail və Livan nümayəndələrinə səfirlər Yechiel Leiter və Nada Hamadeh Movad rəhbərlik edəcək. Olar təhlükəsizlik və suverenlik məsələləri üzrə qarşılıqlı dialoq aparacaqlar.

E. Kamal
 

Reklam