İsrail ordusu Livanın Nəbatiyyə rayonundakı Qalavay şəhərinin ətrafını artilleriya atəşi ilə hədəfə alıb.
Reyting.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatında bildirilib.
Cənubi qubernatorluğundakı Cezzin şəhərinin bir hissəsi olan Əl-Qatrani ərazisi də İsrailin artilleriya hücumlarına məruz qalıb. Bu arada, Livanın cənubundakı Tir (Sur) şəhərində İsrail hərbi təyyarələri Abbasiyə şəhərinin Əl-Həmadiyə məhəlləsini bombalayıb.
Bundan əlavə, İsrail ordusu Tir rayonunda yerləşən Deyr Qanun Ras əl-Ayn və Ramadiyə şəhərlərinə hava hücumları həyata keçirib.
Bu arada, İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın xahişi ilə İrana hücumları dayandırmağa razı olduğunu, lakin Livana hücumların tam güclə davam edəcəyini bildirib.
N. Orucov