İsrail Müdafiə Qüvvələri Qəzzanın qərbindəki təhlükəsizlik qərargahının postuna hücum edib.
Reyting.az “The Times of Israel” qəzetinə istinadla bildirir ki, hücum nəticəsində HƏMAS-ın üç üzvü öldürülüb, daha dörd nəfər yaralanıb.
“Reuters” agentliyinin HƏMAS sözçüsü Basim Naimə istinadla verdiyi məlumata görə, İsrailin hava hücumu nəticəsində ABŞ-ın vasitəçiliyi ilə Qəzzanın gələcəyi üçün danışıqların əsas iştirakçılarından biri olan Xəlil əl-Həyyanın oğlu Əzzam əl-Həyya həlak olub.
Sözçünün sözlərinə görə, həmin vaxt HƏMAS liderləri Qahirədə İsraillə atəşkəsin qorunması məqsədilə danışıqlar aparırmışlar.
Əzzam əl-Həyyanın İsrail hücumlarında öldürülən sürgündəki Xəlil əl-Həyyanın dördüncü oğlu olduğu bildirilir.
Y. Qacar