Advert
Advert

İsrail ordusu məşhur ekoloji fəalı öldürüb

Tarix:
 İsrail ordusu məşhur ekoloji fəalı öldürüb
Reklam

Livanın tanınmış ekoloqu, 25 ildən çox dəniz tısbağalarının qorunması ilə məşğul olan 76 yaşlı Mona Xəlil İsrail hərbi qüvvələrinin Livan ərazisinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Reyting.az xəbər verir ki, təcrübəli ekoloq uzun illər Livan dövlətinin cənubundakı dəniz tısbağalarının yuva saldığı bütün ərazilərini qorumaqla yanaşı, həm də "Orange House" ekoloji mərkəzini idarə edirdi. 

Bəzi mənbələr hətta xüsusi qeyd ediblər ki, Xəlilin cənub dəniz sahilinə sərbəst səfərləri üçün dəfələrlə hərbçilərə xəbərdarlıq edilib, tərəflərdən ekoloji fəala diqqətli yanaşmaq tövsiyə olunub. Lakin bir neçə dəfə ölüm təhlükəsindən qurtulan Mona Xəlil iyun ayının əvvəlində yaşadığı ərazidə atəş altına düşüb. 

Bildirilir ki, onun yaşadığı ev hava hücumuna məruz qalıb və fəal ağır yaralandığından onu təcili Beyruta aparıblar. Livanlı, eyni zamanda da əcnəbi həkim briqadasının səylərinə baxmayaraq tanınmış ekoloji fəalın həyatını xilas etmək mümkün olmayıb. 

Dünyanın əksər ölkələrində onun xatirəsini ehtiramla yad edən həmkarları bildiriblər ki, təbiət müdafiəçiləri "tısbağaların anası" ləqəbini alan tanınmış ekoloq Mona Xəlili Livanın dəniz ekosisteminin öncül və ən nüfuzlu qoruyucularından biri hesab edirlər. 

İsrail Hərbi Hava Qüvvələrinin Livanı raket atəşinə tutması nəticəsində Livanda, Tira şəhərindəki evində həlak olan Mona Xəlilin ölümünü bu sahədə böyük itki adlandıran ekoloji fəallar xüsusi vurğulayıblar ki, onun fəaliyyəti bir neçə nəsli ilhamlandırıb.

Oqtay Qorçu
 

Reklam