Advert
Advert

İsrail parlamenti ölüm hökmü ilə bağlı qanun layihəsini təsdiqləyib

Tarix:
İsrail parlamenti ölüm hökmü ilə bağlı qanun layihəsini təsdiqləyib
Reklam

Knesset (İsrail parlamenti - red.) terrorçular üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Reyting.az bildirir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir sosial mediada məlumat verib.

"Tarix yazıldı! Biz söz verdik və onu yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü qanunu İsrail Dövlətinin qanun kitabına əlavə edildi", - deyə nazir qeyd edib.

Kan Dövlət Televiziya və Radio Yayım Şirkəti hökmün asılmaqla icra edilməsinin planlaşdırıldığını açıqlayıb.

Qanun layihəsi qəti üçüncü oxunuşdan keçib və parlamentin 62 üzvü onu dəstəkləyib, 48 üzvü isə əleyhinə səs verib. Baş nazir Benyamin Netanyahu da layihənin lehinə səs verənlər siyahısındadır.

İsrail müxalifəti qanunu demokratiyaya və beynəlxalq hüquqa zidd adlandıraraq, onun qəbulundan İsrail Ali Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.

V. Quliyev
 

Reklam