Qəzzaya yardım aparan Qlobal Sumud Donanmasının 22 qayığı Krit adası yaxınlığında beynəlxalq sularda İsrail qüvvələri tərəfindən saxlanılıb.
Reyting.az-ın məlumatına görə, bunu Fələstin tərəfdarı fəallar bildiriblər.
Təşkilatçılar bu addımı “piratçılıq” adlandıraraq, əməliyyatın qanunsuz olduğunu vurğulayıblar.
Qlobal Sumud Donanmasının təşkilatçıları gəmidə olanların İsrail dəniz blokadası altında olan Qəzzadan 965 km (600 mil) məsafədə qanunsuz olaraq ələ keçirildiyini deyiblər.
İsrail Xarici İşlər Nazirliyi isə təxminən 175 fəalın saxlanıldığını təsdiqləyib və əməliyyatın beynəlxalq hüquqa uyğun həyata keçirildiyini bildirib.
Məlumata görə, saxlanılanlar Yunanıstana aparılacaqlar.
Donanma İspaniya, Fransa və İtaliyadan yola düşmüş ümumilikdə 58 gəmidən ibarətdır və məqsədi Qəzzaya tətbiq olunan blokadanı yarmaq olub. İsrail tərəfi isə bu addımın qarşısını almaq üçün erkən müdaxilə etdiyini bildirir.
Yunanıstan rəsmiləri əməliyyatın onların ərazi sularından kənarda baş verdiyini qeyd edib. Avropa İttifaqı isə tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb.
V. Quliyev