Bu gün İsrail və “Hizbullah” arasında atəşkəs barədə razılaşma əldə olunub.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla yayıb.
Məlumata görə, tərəflər atəşkəs rejiminin bu gün yerli vaxtla saat 16:00-da qüvvəyə minməsi barədə razılığa gəliblər.
Bildirilir ki, razılaşma ABŞ və Qətərdən olan vasitəçilərin iştirakı ilə, İranın da prosesdə müəyyən rolu olduğu şəraitdə əldə edilib.
CNN isə daha əvvəl ABŞ-nın İsraili Livandakı hərbi əməliyyatları genişləndirməmək barədə xəbərdarlıq etdiyini yazmışdı.
Y. Qacar