İrana qarşı müharibə başlayandan, yəni 28 fevraldan bəri raket hücumları nəticəsində 7 min nəfərdən çox israilli xəstəxanalara yerləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Nazirlik bildirir ki, 7 aprel 2026-cı ildən və təxminən yerli vaxtla saat 7-dək ümumilikdə 7183 nəfər zərərçəkən təxliyə olunub, onlardan 118-i hələ də xəstəxanadadır.
Hazırda iki nəfərin vəziyyətinin kritik, 14 nəfərin çox ağır, 27 nəfərin isə orta ağır olduğu bildirilir.
İsrail Səhiyyə Nazirliyi həlak olduqları iddia edilən yerli vətəndaşlar haqqında məlumat verməyib.
Oqtay QORÇU