Advert
Advert

İsraildə kritik iclas təxirə salınıb

Tarix:
İsraildə kritik iclas təxirə salınıb
Reklam

İsrail Baş naziri Benyamin Netanyahunun sədrliyi ilə bu gecə planlaşdırılan Təhlükəsizlik Kabineti iclası izahat verilmədən ləğv edilib.

Reyting.az İsrail mediasına istinadla bildirir ki, toplantının ləğvi ilə bağlı nazirlərə izahat verməyib.

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Tehranın 14 maddəlik danışıqlar təklifini “qəbuledilməz” hesab etdiyini açıqladıqdan sonra Netanyahunun səhər saatlarına qədər məhdud sayda təhlükəsizlik kabineti üzvləri və hərbi rəsmilərlə təhlükəsizlik qiymətləndirmə iclası keçirdiyini bildirib.

Qeyd edək ki, İsrail dövlət televiziyası KAN-nın məlumatına görə, dünən keçirilməsi gözlənilən, lakin bu günə təxirə salınan Təhlükəsizlik Kabineti iclasında Qəzza zolağına hücumların yenidən başlaması ehtimalı müzakirə  ediləcək.

ABŞ Prezidenti Tramp bazar günü KAN-a verdiyi açıqlamada İranın Pakistan vasitəsilə çatdırılan 14 maddəlik təklifi ilə bağlı deyib: “İranın yeni təklifini nəzərdən keçirdim və bu, mənim üçün qəbuledilməzdir”.

İranın rəsmi xəbər agentliyi IRNA bildirib ki, İran ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistan hökumətinə ABŞ ilə müharibəyə son qoya biləcək  razılaşma üçün yeni bir təklif təqdim edib.

V. Quliyev
 

Reklam