Livanın “Hizbullah” hərəkatı İsrailin Safed şəhərinə raket zərbələri endirib.
Hərəkatın Telegram kanalında verilən məlumata görə, Safed şəhərindəki İsrail hərbi hədəflərinə idarə olunan raketlərdən istifadə edilib.
"İslam müqavimət döyüşçüləri sərhəddən 20 kilometr aralıda yerləşən Safed şəhərindəki hərbi hədəflərə hücum ediblər. Atışmada yüksək dəqiqlikli raketlərdən istifadə edilib" - məlumatda qeyd olunur.
“Hizbullah” pilotsuz təyyarələri həmçinin Livanın cənubundakı quru əməliyyatında iştirak edən İsrail qoşunlarının yerləşdiyi Liman və Şomera yaşayış məntəqələrindəki kazarmalara hücum edib.(Teleqraf)