Advert
Advert

İsrailli nazirin ABŞ-a səfəri ləğv edilib

Tarix:
İsrailli nazirin ABŞ-a səfəri ləğv edilib
Reklam

İsrailin ifrat sağçı Milli təhlükəsizlik naziri İtamar Ben-Gvir viza almaqda çətinlik çəkdiyi üçün ABŞ-a səfərini ləğv etməli olub.

Reyting.az-ın məlumatına görə, ABŞ diplomatik vizası olan Ben-Gvirdən ölkəyə daxil olmaq üçün barmaq izləri tələb edib. 

İsrailli nazir və israilli iş adamı Yaakov Elhararın qızının toyunda və diplomatik görüşdə iştirak etmək üçün ABŞ səfirliyində viza üçün müraciət edibmiş.

Xəbərdə bildirilirdi ki, Ben-Gvir viza işlənməsi üçün ABŞ səfirliyində barmaq izləri verməyə dəvət edildikdən sonra ABŞ-a səfərini ləğv edib.

İsrail mediası Ben-Gvirin digər nazirlər kimi diplomatik viza almaq hüququna malik olduğunu vurğulayıb, lakin ABŞ səfirliyi “qeyri-adi” prosedurdan istifadə edərək ifrat sağçı nazirdən barmaq izləri istəyib.

N. Orucov
 

Reklam