Advert
Advert

İstanbulda mafiyaya qarşı əməliyyat: 45 nəfər saxlanılıb

Tarix:
İstanbulda mafiyaya qarşı əməliyyat: 45 nəfər saxlanılıb
Reklam

Türkiyədə cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Reyting.az xəbər verir ki, Barış Boyunun rəhbərlik etdiyi dəstəyə qarşı əməliyyat mərkəzi İstanbul olmaqla yeddi vilayətdə baş tutub.

Polis əməkdaşları 113 ünvanda eyni vaxtda reydlər keçiriblər. Məlumata görə, şübhəlilərin ifadə verməsinin qarşısını almaqda və ya onları yalan ifadə verməyə təhrik etməkdə ittiham olunan altı vəkil də daxil olmaqla, ümumilikdə 54 nəfər barəsində həbs qərarı çıxarılıb.

Əməliyyat zamanı 45 şübhəli saxlanılıb. Digər doqquz nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

V. Quliyev
 

Reklam