Advert
Advert

İstifadəyə yararsız döyüş sursatlarının məhvinə başlayırlar

Tarix:
 İstifadəyə yararsız döyüş sursatlarının məhvinə başlayırlar
Reklam

22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Reyting.az xəbər verir ki,  bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Reklam