Advert
Advert

İsveç qapılarını miqrantlara bağlayır

Tarix:
İsveç qapılarını miqrantlara bağlayır
Reklam

İsveç parlamenti sığınacaq axtaranlar üçün daimi yaşayış icazələri ilə bağlı yeni qərar qəbul edib. Qanun daimi yaşayış icazələrini ləğv etməyi nəzərdə tutur.

Reyting.az xəbər verir ki, İsveç dövlət radiosu qanun layihəsinin İsveç parlamentində səs çoxluğu ilə qəbul edildiyini bildirib.

Yeni siyasətə əsasən, 12 iyuldan etibarən İsveçdə yalnız müvəqqəti yaşayış icazələri sığınacaq axtaranlara və digər müəyyən miqrant qruplarına veriləcək.

Yeni siyasətin artıq daimi yaşayış icazəsi olanlara təsir etməyəcəyi qeyd edilib. Məlum olub ki, gələcəkdə edilən müraciətlər üçün daimi yaşayış seçimi tamamilə aradan qaldırılacaq.

Y. Qacar

Reklam