Advert
Advert

İsveç Ukrayna üçün silah tədarükünə 108 milyon dollar ayırır

Tarix:
İsveç Ukrayna üçün silah tədarükünə 108 milyon dollar ayırır
Reklam

İsveç Ukraynanın tərəfdaşlarının ABŞ istehsalı olan silahları Ukrayna üçün əldə etməsini nəzərdə tutan PURL təşəbbüsünü dəstəkləmək məqsədilə 108 milyon dollar ayırır.

Reyting.az-ın məlumatına görə, bu barədə İsveç Müdafiə Nazirliyi cümə axşamı açıqlama yayıb.

Nazirlik bildirib ki, ayrılan vəsait Ukraynaya dəstək məqsədilə daha əvvəl elan edilmiş yardım paketinin tərkib hissəsidir.

İsveçin müdafiə naziri Pol Consonun sözlərinə görə, PURL təşəbbüsü Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri və sursatlar da daxil olmaqla, ölkə üçün prioritet hesab olunan ABŞ müdafiə avadanlıqlarına operativ çıxış imkanı yaradır.

“Bu, Ukraynanın Rusiyanın gələcək hücumlarından müdafiə olunması baxımından son dərəcə vacibdir. İsveçin dəstəyi uzunmüddətli, hərtərəfli və Ukraynanın ehtiyaclarına əsaslanır”, - deyə Conson vurğulayıb.

Bu, İsveçin PURL çərçivəsində maliyyə vəsaiti ayırdığı dördüncü haldır. Son töhfə ilə birlikdə ölkənin bu proqram vasitəsilə Ukraynaya göstərdiyi ümumi dəstəyin həcmi 543 milyon dollara çatıb.

E. Kamal

Reklam