Avropa Birliyi (AB) ölkələrindən gələn miqrantlar İsveçrənin infrastrukturuna əlavə yük yaradarsa, onlardan xüsusi ödəniş tələb oluna bilər.
Reyting.az-ın məlumatına görə, İsveçrə Dövlətlər Şurasının prezidenti Andrea Karoni bildirib ki, immiqrantlar artıq özləri üçün rahat bir yuva quraraq İsveçrədə məskunlaşırlar. O, buna görə onlardan bir şey ödəmələrini təklif edib.
A. Karoni deyib ki, İsveçrə ilə Avropa İttifaqı arasında yeni sazişlər paketinin ölkə daxilində tətbiqi ilə bağlı müzakirələrin bir hissəsi olaraq təşəbbüsü parlamentə təqdim etmək niyyətindədir. Potensial rüsumun həcmi və onun toplanma mexanizmi hələlik dəqiqləşdirilməyib.
Bu təşəbbüs əhali sayının məhdudlaşdırılması ilə bağlı qarşıdan gələn referendum fonunda irəli sürülür. Məhdudiyyətlərin tərəfdarları dəmir yolları, avtomobil yolları və mənzil bazarındakı artan gərginliyə işarə edirlər.
V. Quliyev