Advert
Advert

İtaliya "volt"un "volta" ilə əvəz olunmasını istəyir 

Tarix:
İtaliya
Reklam

İtaliya elektrik gərginliyinin beynəlxalq ölçü vahidi olan "volt"un adının "volta" yazılışı ilə əvəzlənməsini təklif edib. Yerli hökumətin yeni təklifi ilə bağlı məlumatda bildirilir ki, məqsəd iki əsr əvvəl vəfat etmiş italiyalı alim Alessandro Voltanın xatirəsini daha da dolğun şəkildə yaşatmaqdır.

Reyting.az "Politico" nəşrinə istinadla verdiyi məlumata görə, Baş nazir Corciya Meloni hökuməti hesab edir ki, hazırda işlənən "Volt" adı alimin soyadının ingilisləşdirilmiş formasıdır. Qeyd olunur ki, yazılışda olduğu kimi sözün sonuna orijinaldakı kimi "a" hərfinin əlavə edilməsi tarixi ədalətin bərpası olardı.

İtaliya hökumətinin təklifi artıq Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun rəhbərliyi ilə də müzakirə edilib. Lakin bu müzakirələrin necə keçməsi ilə bağlı konkret açıqlamalar verilməyib. İtaliya təşəbbüsün əvvəlcə ölkə daxilində qəbulunu, daha sonra isə bu ilin oktyabrında keçiriləcək Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun Baş Konfransınının səlahiyyəti çərçivəsində birbaşa beynəlxalq  səsverməyə çıxarılmasını planlaşdırır.

Xatırladaq ki, əsl adı Alessandro Cüzeppe Antonio Anastasio Qraf Volta olan və elm aləmində Alessandro Volta (1745-1827) kimi tanınmış fizik İtaliyada doğulub. Votta 1776-cı ildə metan qazını kəşf edən, onun üzərində sınaqlar aparan elm adamı kimi tanınmaqla bərabər, həm də 1800-cü ildə - 20 martda elektrik batareyasının sələfi hesab olunan "Volta sütunu" kəşfini rəsmi təqdim etməklə, dünya şöhrəti qazanan bir İtaliya ixtiraçısı kimi tanınıb. 

Oqtay Qorçu
 

Reklam