Advert
Advert

İtaliyalı deputatlar Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləyib

Tarix:
İtaliyalı deputatlar Rusiyaya qarşı sanksiyaların ləğvini dəstəkləyib
Reklam

İtaliya parlamentində hakim koalisiyanın dəstəyi ilə Ukrayna münaqişəsinin həllindən sonra Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutan qətnamə qəbul edilib.

Reyting.az xəbər verir ki, sənəd Baş nazir Corcia Meloninin 18-19 iyun tarixlərində keçiriləcək Avropa İttifaqı sammiti öncəsi parlamentdəki çıxışından sonra səsverməyə çıxarılıb. Qətnamədə İtaliyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin davam etdiyi vurğulanır, eyni zamanda sanksiyalardan gələcək sülh danışıqlarında təsir vasitəsi kimi istifadə olunması təklif edilir.

Hakim koalisiyanın üzvü olan Liqa Partiyasının təşəbbüsü ilə sənədin Rusiyaya münasibətdə daha yumşaq məzmunda hazırlandığı bildirilir.

Parlamentin aşağı palatasında keçirilən səsvermədə qətnamənin lehinə 170 deputat, əleyhinə 138 deputat səs verib, 3 deputat isə bitərəf qalıb. Müxalifətin və bəzi kiçik partiyaların təqdim etdiyi alternativ qətnamələr qəbul edilməyib.

Meloni çıxışında Avropanın Ukrayna ilə bağlı danışıqlar prosesində rolunu qoruması üçün Moskva ilə dialoqun vacibliyini vurğulayıb və Aİ daxilində vahid danışıq mexanizminin yaradılmasına çağırıb.

E. Kamal
 

Reklam