Advert
Advert

"İtirilmiş şəhər" yenidən tədqiq olunacaq

Tarix:
Reklam

Atlantik okeanının dərinliklərində yerləşən və əfsanəvi Atlantidaya bənzədildiyi deyilən "İtirilmiş şəhər" (Lost City) yenidən alimlərin diqqət mərkəzinə çevrilib.

Reyting.az xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri yazıb.

Məlumata görə, "İtirilmiş şəhər" adlanan unikal hidrotermal sahə 2000-ci ildə aşkar edilib. O, okeanın 700-900 metr dərinliyində yerləşir və hündürlüyü 60 metrə çatan karbonat qüllələri ilə seçilir.

Mütəxəssislərin bildirdiyinə görə, ən azı 120 min ildir aktiv olan bu sistemdə hidrogen və metan hesabına yaşayan mikroorqanizmlər mövcuddur. Bu qeyri-adi ekosistem Yer üzündə həyatın mənşəyinin araşdırılması, eləcə də "Europa" və "Enceladus" kimi buzlu peyklərdə mümkün həyat izlərinin tədqiqi baxımından böyük elmi əhəmiyyət daşıyır.

Alimlər tapıntı ilə bağlı ictimaiyyətə ətraflı məlumat verməyə tələsməsələr də, son vaxtlar sosial şəbəkələrdə yayılan iddiaların əksinə olaraq, "İtirilmiş şəhər"in yeni kəşf olmadığı məlum olub.

Uzun sürən müzakirələrdən sonra 2026-cı ildə bu hidrotermal sahə ilə bağlı ilk geniş açıqlama verən mütəxəssislər bildiriblər ki, Atlantik okeanının dərinliklərində yerləşən bu unikal geoloji obyekt elm aləminə hələ 2000-ci ildən məlumdur.

Oqtay Qorçu
 

Reklam