Advert
Advert

"JetFoil" yeni uğurlar vəd edir 

Tarix:
Reklam

ABŞ-ın "Whisper Aero" aerokosmik şirkəti açıq rotor və fırlanan mühərriklər olmadan qısa, demək olar ki, şaquli qalxmanı təmin edən "JetFoil" sistemini təqdim edib. 

Reyting.az-ın məlumatına görə, şirkətdən bildiriblər ki, qanadın ön hissəsinə yerləşdirilən elektrik kanallı pərlər xüsusi hava axını yaratmaqla, yüksək qaldırıcı qüvvəni təmin edir. Bu isə ən müasir model nümunəsi sayıla bilər. 

Mütəxəssislər deyiblər ki, təqdim olunan  yeni texnologiyalar daha səssiz və sadədir. Xüsusi qeyd olunub ki, hazırda "JetFoil" ABŞ ordusu və NASA ilə birgə ilkin sınaqlardan keçirilir.

Sınaqlarda iştirak edənlər bildiriblər ki, yeni pərlər gözləniləndən də uğurlu, qeyri-adi səviyyədə keyfiyyətli alınıb və hava axınının 90 dərəcə istiqamətləndirilməsi zamanı 95 faizdən çox səmərəlilik nümayiş etdirir. Bu xüsusiyyət "JetFoil" sistemli yeni təyyarəyə eyni platformadan adi, həmçinin qısa məsafəli və yaxud şaquli qalxmaq üçün istifadə etməyə imkan verir.

Mütəxəssislər hesab edirlər ki, yeni və müasir texnologiya pilotsuz uçuş aparatlarında, hava taksilərində, həmçinin məhdud sahələrdən səmaya uçuşu sərbəst təmin edə biləcək yaxın gələcəyin aviasiya platformalarında geniş tətbiq oluna bilər.

Oqtay Qorçu

Reklam