Tanınmış jurnalist Peyman Sadıqov AID GROUP xaricdə təhsil şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.
Reyting.az-ın məlumatına görə, Peyman Sadıqov şirkətlə əməkdaşlığına son qoyduğunu təsdiqləyib.
P. Sadıqovun vəzifədən ayrılması ilə bağlı şirkət tərəfindən hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, P. Sadıqov 20 ildən artıqdır ki, media sahəsində fəaliyyət göstərən jurnalistlərdən biridir. O, müxtəlif informasiya və kommunikasiya layihələrində iştirak edib, media və ictimaiyyətlə əlaqələr istiqamətində çalışıb.
Xatırladaq ki, AID GROUP-un qurucusu Nigar Fərhaddır.