Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az-ın məlumatına görə, hadisəyə səbəb "HOWO" markalı yük avtomobilinin idarəetmədən çıxmasıdır.
Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Həlak olanlar sürücü, Göyçay sakini Tural İsmayılov, Kəlbəcər sakinləri Vüsal Məhərrəmov və Elvin İsmayılovdur.
Faktla bağlı araşdırma aparılır.(Oxu.Az)