Advert
Advert

Kənddə Eyfel qülləsinin bənzəri ucaldılır 

Tarix:
Kənddə Eyfel qülləsinin bənzəri ucaldılır 
Reklam

Qazaxıstanın qərbindəki Jalpaktal kəndində məşhur Eyfel qülləsinin bənzəri quraşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə Qazaxıstanın "KTK" telekanalı məlumat yayıb.  

Bildirilir ki, hündürlüyü 30 metr olan bu qülləni kəndə yerli məktəbin məzunları hədiyyə edib.

Araşdırma zamanı məlum olub ki, artıq 10 ildən çoxdur bu kənddə sakinlər tərəfindən təqdir olunan, həmçinin çox xoşagələn bir ənənə formalaşıb. Kənddə məktəbi bitirmələrinin yubileyini böyük təmtəraqla qeyd edən məzunlar hər il mayın 25-dək kənd üçün böyük layihə həyata keçirirlər. Bu illər ərzində məzunların əməyi ilə kənddə parklar salınıb, uşaq meydançaları tikilib, heykəllər ucaldılıb, fəvvarələr quraşdırılıb. Bu dəfə isə onların orijinal ideyası Parisin məşhur Eyfel qülləsinin bənzərini öz doğma kəndlərində inşa etmək olub. 

Sosial şəbəkələrdə bu barədə müzakirələr başlayanda isə məzunların layihəsi ilə bağlı birmənalı olmayan fikirlər üzə çıxıb. Parisin Eyfel qülləsinin surətini Jalpaktal kəndində ucaltmaq qərarına gələn məktəb məzunlarını qınayan istifadəçilərin bəziləri onların bu ideyasını ironiya ilə qarşılayıblar. 

Bunun əksini düşünən digər sosial şəbəkə istifadəçilərinin fikrincə, Qazaxıstanın ucqarında yerləşən və vilayət mərkəzindən 300 kilometr uzaqda olan bir kəndin öncə daha vacib problemləri, xüsusilə də yolların təmiri həll olunmalı idi.  

Mövzu ilə bağlı sosial şəbəkələrdə aparılan qızğın müzakirələrə qoşulan, xüsusi fəallıq göstərən tələbələr, həmçinin orta məktəb şagirdləri bildiriblər ki, məhz elə bu layihənin sayəsində Jalpaktal kəndi bütün Qazaxıstanda tanınıb. Belə düşünən bəzi sosial şəbəkə istifadəçilərinin fikrincə, hətta ola bilsin ki, Qazaxıstanın qərbində yerləşən bu kənd Eyfel qülləsinin bənzərini ucaltmaqla, dünyada da tanınacaq.

Oqtay Qorçu
 

Reklam