Advert
Advert

Kəşfiyyat rəhbəri istefasının səbəbini açıqlayıb 

Tarix:
Kəşfiyyat rəhbəri istefasının səbəbini açıqlayıb 
Reklam

ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Tulsi Qabbard istefası ilə bağlı yayılan məlumatları təsdiqləyib. O, məcburi zərurət səbəbindən belə bir addım atdığını deyib. 

Reyting.az-ın məlumatına görə, T. Qabbard bildirib ki, istefa qərarını may ayının 22-də Prezident Donald Trampın diqqətinə çatdırıb. 

Qabbard istefa səbəbini həyat yoldaşına sümük xərçəngi diaqnozu qoyulması ilə əlaqələndirib və buna görə dövlət xidmətindən ayrılmağa məcbur olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, hazırda əsas məqsədi həyat yoldaşının müalicəsi zamanı yanında olmaq, ona tam mənəvi dəstək verməkdir.

Qabbard eyni zamanda Trampa ona göstərdiyi etimada və son bir il yarım ərzində Milli Kəşfiyyat İdarəsinə rəhbərlik etmək imkanı yaratdığı üçün təşəkkür edib.

Qeyd edək ki, Qabbardın istefası böyük söz-söhbətlərə səbəb olub. Hətta bununla bağlı bəzi şayiələr də yayılıb. İddia olunur ki, guya onunla vitse-prezident Vens və ABŞ lideri Tramp arasında ciddi fikir ayrılığı yaranıb. Yerli mediada isə gəzən söhbətlərlə bağlı tutarlı dəlillərin və etibarlı mənbələrin olmadığı qeyd edilib. 
 
MKİ direktoru Qabbardın istefasından sonra müvəqqəti bu quruma direktor müavini Aaron Lukasın rəhbərlik etdiyi bildirilir. 

Xatırladaq ki, Qabbard 2025-ci ilin fevralımda ABŞ Milli Kəşfiyyatına direktoru təyin edilmişdi. Daha sonra isə o, qurumun əməkdaş sayını ilin sonunadək 40 faizə qədər azaldacığını planlaşdırdığını açıqlamışdı. Qabbard məhz bunun nəticəsində idarənin fəaliyyətini daha səmərəli edəcəyini və maliyyə xərcləri üçün ayrılan illik vəsaitə 700 milyon dollar qənaət edə biləcəklərini bəyan etmişdi. 

Lakin onun zamanında söylədikləri bir çox çevrələrdə, eyni zamanda Milli Kəşfiyyat İdarəsi daxilində birmənalı qarşılanmamış, Donald Trampı isə xanım Qabbardı tam dəstəklədiyini bildirmişdi.

Oqtay Qorçu
 

Reklam