Şəmkirdə qətl hadisəsi baş verib.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
1999-cu il təvəllüdlü S. Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdıma zamanı məlum olub ki, S. Tağıyevi aralarında baş verən mübahisə zamanı həmyerlisi 1998-ci il təvəllüdlü F. Həsənov bıçaqla vurub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə S. Tağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən F. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.