Advert
Advert

Kaja Kallas iki komissarla Türkiyəyə gəlir

Tarix:
Kaja Kallas iki komissarla Türkiyəyə gəlir
Reklam

Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas 29-30 iyun tarixlərində Türkiyəyə səfər edəcək.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, Kaja Kallas Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparacaq.

Kallasla bərabər Avropa Birliyinin Genişlənmə üzrə komissarı Marta Kos və Avropa Birliyinin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner də Türkiyəyə səfər edəcəklər.

Səfər 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO zirvəsindən əvvəl baş tutacaq. Tərəflərin Ankaranın Avropa Birliyinə namizəd ölkə və NATO müttəfiqi statusu nəzərə alınmaqla, Avropa Birliyi-Türkiyə münasibətlərinin vəziyyətini müzakirə etmələri gözlənilir.

Danışıqlarda həmçinin dəyişkən geosiyasi mühitdəki ümumi çətinliklər və mümkün yeni əməkdaşlıq sahələri də müzakirə olunacaq. 

E. Kamal
 

Reklam