FIFA referisi Kamal Umudlu A qrupunun İsveç-Sloveniya və Belçika-İsveç oyunlarında baş hakim, Belçika-Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.
Reyting.az xəbər verir ki, K. Umudlu 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.
Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.