Advert
Advert

Kanadada "ağ hidrogen" yatağı tapılıb

Tarix:
Kanadada
Reklam

Kanada ərazisində "ağ hidrogen” mənbəyi aşkar edilib. Alimlər demək olar, tam pulsuz əldə edilə bilən təbii hidrogen mənbəyini araşdırdıqlarını təsdiqləyiblər. 

Reyting.az-ın məlumatına görə, Kanadanın Ontario ştatının Timmins ərazisi yaxınlığında yerləşən "Kidd Creek" adlanan mədəndə aparılan tədqiqatlar göstərib ki, təxminən 1 milyard il yaşı olan süxurlardan təbii şəkildə hidrogen qazı sızır və hazırda da bu proses davam edir. 

Toronto və Ottava universitetlərinin birgə tədqiqat komandası qazın miqdarını ölçüb, yayılma xəritəsini tərtib edəndən sonra isə onun çıxma sürətini qiymətləndiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, bəzi quyular ildə orta hesabla 8 kiloqrama qədər hidrogen verir və proseslər on ildən çoxdur davam edə bilir.

Mütəxəssislər bildiriblər ki, bütün sahələr üzrə təxminən 15 min quyu nəzərə alındıqda, illik ümumi hasilat həcmi təxminən 140 tondan çox hidrogen təşkil edir. Belə bir böyük göstərici təxminən 4,7 milyon kVt-saat enerjiyə bərabərdir ki, bu da 400-dən çox ev təsərrüfatının bir illik enerji ehtiyacının tam qarşılanması deməkdir. 

Alimlər bu kəşfi "ağ hidrogen"in digər təbii mənbələrinin tapılması, eyni zamanda gələcəkdə daha ucuz enerji istehsalı üçün çox mühüm addım kimi qiymətləndiriblər.

Oqtay Qorçu
 

Reklam