“Kapital Bank” ASC-nin rəhbərliyində maraqlı təyinatlar olub.
Reyting.az Banker.az-a istinadla xəbər verir ki, İlya Arxipov Müşahidə Şurasının üzvü seçilib.
O bu vəzifədə “PASHA Holding” MMC-dən təmsil edilən Cəlal Qasımov Ələkbər oğlunu əvəz edib.
Hazərda Müşahidə Şurasına Məmmədov Fərid Usad oğlu sədrlik edir. Müşahidə Şurasının digər üzvü isə Həsənov Oqtay Arif oğludur. Marey Aleksey Aleksandrviç və Koşman Marqarita Vladimirovna isə müstəqil üzv kimi təmsil edilirlər.
Bundan öncə isə İlya Arxipovun “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunduğuna dair xəbər yayılmışdı.