Advert
Advert

Karapetyan Ermənistan müxalifətinin birləşdiyini elan edib

Tarix:
Karapetyan Ermənistan müxalifətinin birləşdiyini elan edib
Reklam

“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan Ermənistanın müxalif qüvvələrinin birləşmə prosesinin başlandığını elan edib.

Reyting.az-ın Ermənistan KİV-lərinə istinadla verdiyi məlumata görə, o, bu barədə ölkə mətbuatına müsahibəsində danışıb. 

Karapetyan bildirib ki, müxalifət son seçkilər ərəfəsində öz imkanlarını olduğundan artıq qiymətləndirib və öz aralarında razılığa gələ bilmədiyi üçün səhvə yol verib.

“Bir çox müxalif qüvvə ilə razılığa gələ bilmədik. Buna görə də bu birləşmə indi ölkəmiz və xalqımız üçün son dərəcə vacibdir”, – deyə siyasətçi qeyd edib.

O, həmçinin müxalif qüvvələrin iştirakı ilə seçkilərdən sonrakı dövr üçün müxalifət koalisiyasının yaradılmasını təklif edib. Karapetyanın sözlərinə görə, partiyalar xalqı narahat edən təxirəsalınmaz problemləri müzakirə etmək üçün daim canlı ünsiyyət saxlamalıdırlar.

E. Kamal
 

Reklam