Amerikalı jurnalist Taker Karlson ABŞ-ın İranla silahlı münaqişədə həqiqətən qalib gəldiyinə ciddi şübhələr ifadə edib.
Reyting.az xəbər verir ki, köşə yazarı bu fikri “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində səsləndirib.
Jurnalist hesab edir ki, Vaşinqtonun iddia etdiyi uğur əslində strateji uğursuzluğa çevrildi. O, Tehranda rejim dəyişikliyinə uğursuz cəhd, Yaxın Şərqdəki Amerika hərbi bazalarının məhv edilməsi və böyük maliyyə xərcləri də daxil olmaqla bir sıra əsas amilləri sadalayıb.
E. Kamal