Latviyada rusdilli əhalinin müdafiəsinə qalxan deputat mandatdan məhrum edilib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Latviyadakı rusdilli əhalini ayrı-seçkilikdən qorumaq təşəbbüsü ilə çıxış edən Riqa Şəhər Şurasının üzvü Aleksey Roslikov mandatından və fraksiya rəhbəri vəzifəsindən məhrum edilib.
2025-ci ilin iyununda Latviya Seyminin sessiyasında ölkədə sovet ruslaşmasının “dil nəticələrinin aradan qaldırılması” haqqında bəyannamə layihəsinin müzakirə olunanda o vaxtkı deputat Roslikov ölkədə rus dilinin qorunub saxlanmasını dəstəkləmişdi...
E. Kamal