Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Reyting.az unikal.az-a istinadla xəbər verir ki, namizədlər sırasında Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alıb.
Belə ki, keçmiş hakimlər - Cavid Hüseynov, Anar Sadıqov, Novruz Kərimov, Coşqun Abdullayev, Mirzə Tağızadə və Füzuli Pənahov artıq vəkil kimi fəaliyyət göstərəcəklər.