Advert
Advert

Kinematoqrafçılar İttifaqının sədri postuna iki namizəd var

Tarix:
Kinematoqrafçılar İttifaqının sədri postuna iki namizəd var
Reklam

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Reyting.az-ın məlumatına görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından bildiriblər ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
 

Reklam