Advert
Advert

Kino şirkətinin aktivlərini 111 milyard dollara satırlar

Tarix:
Kino şirkətinin aktivlərini 111 milyard dollara satırlar
Reklam

Uzun sürən danışıqlardan sonra iki məşhur Hollivud kino şirkəti öz aralarında konkret razılığa gəliblər. 

Reyting.az "The Hollywood Reporter" nəşrinə istinadla bildirir ki, "Paramount" kino şirkətinin sahibi Devid Ellison yeni, eyni zamanda fantastik müqaviləyə imza atmaqla, ABŞ-ın "Warner Bros" kino studiyasının aktivlərini 111 milyard dollara satın almağa hazırlaşır. 

ABŞ Ədliyyə Nazirliyi bununla bağlı lazımi sənədləri tam araşdırdıqdan sonra "Warner Bros" studiyasının digər tanınmış Hollivud kino şirkətinə, "Paramount"a 111 milyard dollar qarşılığında satılmasına rəsmi icazə verib. Məlumata görə, artıq bu yeni qərar birləşmə qarşısındakı əsas tənzimləyici maneələri də aradan qaldırıb.

Nazirlikdən bildiriblər ki, bu iki böyük kino şirkətinin sövdələşməsi mediada, həmçinin əyləncə sektorundakı qızğın rəqabəti daha da gücləndirəcək. 

Ekspertlər nəhəng müqavilə barədə vurğulayıblar ki, iki Hollivud kino şirkətinin birləşməsi və bu alqı-satqı prosesi bir çoxlarının düşündüyü kimi kino striminq, film istehsalı, televiziya və yayım bazarlarındakı rəqabətə təhlükə yaratmayacaq. 

Razılaşmadan sonra "Paramount" Amerika miqyasında ən böyük distribütorlardan birinə çevriləcək və bu kino şirkəti abunəçi sayına görə striminq platformaları arasında ilk beşlikdə yer alacaq.

Tənzimləyici orqan kimi proseslərə nəzarət edən ABŞ Ədliyyə Nazirliyi tərəflərdən aktivlərin satılması və ya əlavə məhdudiyyətlər tətbiqini tələb etməyib. 

Konkret tarix açıqlanmasa da, bu yeni sövdələşmənin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.

Oqtay Qorçu
 

Reklam