İyulun 2-də Rusiyanın Ukrayna paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti “Telegram”-da məlumat yayıb.
Məlumata görə, xilasedicilər dağıntılar altından daha üç nəfərin cəsədini çıxarıblar və bununla da Rusiya hücumları nəticəsində ölənlərin ümumi sayı 30-a çatıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko hazırda daha üç nəfərlə əlaqənin kəsildiyini bildirib. Onların taleyi hələ də məlum deyil. Axtarışlar davam edir.
Daha əvvəl Tkaçenko Rusiya atəşi nəticəsində ağır yaralanan daha bir qurbanın 2 iyul axşamı xəstəxanada öldüyünü bildirmişdi.
Cümə axşamı axşamı etibarilə 91 nəfərin yaralandığı bildirilir.
Y. Qacar