Ukrayna Xarici İşlər Nazirliyi Polşanı UPA qurbanlarının xatirəsi ilə bağlı mübahisəyə girməməyə çağırıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, belə bir çağırışı Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Heori Tixiy edib.
“Əgər biz keçmişi axtarırıqsa, bizi bölmək üçün ruhlar axtarırıqsa, inanın ki, onları tapacağıq”,- deyən XİN sözçüsü qeyd edib ki, Ukrayna əməkdaşlığa sadiqdir.
Polşanın Baş naziri Donald Tusk bir müddət əvvəl bəyan etmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski UPA-nı tərifləməyə davam edərsə, Varşavanın Kiyevlə münasibətlərində “empatiya yox, sərt yanaşma” üstünlük təşkil edəcək. Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış isə bəyan edib ki, Varşava Kiyevə Ukrayna Silahlı Qüvvələrinin UPA-nın adını daşıyan bölməsinin ləğvi üçün təzyiq etmək niyyətindədir.
E. Kamal