Advert
Advert

Kiyevə yenidən hücum olub: ölənlər və çoxlu sayda yaralı var

Tarix:
Kiyevə yenidən hücum olub: ölənlər və çoxlu sayda yaralı var
Reklam

Rusiya bütün gecə Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla atəşə tutub. Nəticədə şəhərdə genişmiqyaslı dağıntılar baş verib, yanğınlar qeydə alınıb. Ölənlər və çoxlu sayda yaralı var.

Reyting.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun son məlumatına görə, paytaxtda artıq 7 nəfər həlak olub, 5-i uşaq olmaqla 46 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, 7 və 8 yaşlı iki uşaq da daxil olmaqla 14 nəfər xəstəxanaya yerləşdirilib.

Paytaxtın müxtəlif rayonlarında bir neçə çoxmərtəbəli bina qismən dağılıb. Xilasedicilərin sözlərinə görə, insanlar hələ də dağıntılar altındadır.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Podolsk rayonunda ikimərtəbəli yaşayış binasına zərbə dəyib, nəticədə binanın 5-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək hissəsi dağılıb. Xilasetmə əməliyyatları davam edir.

Həmçinin digər ünvanlarda 19 mərtəbəli binanın damı qismən dağılıb, yaşayış binasının həyətində avtomobillər yanıb, 25 mərtəbəli yaşayış binasının isə 16-cı mərtəbəsi dağılıb.

Bundan əlavə, 21 mərtəbəli yaşayış binasında 2-ci mərtəbədən 5-ci mərtəbəyədək çökmə baş verib. Hadisə yerində qurbanların axtarışı davam edir.

Darnitski rayonunda 25 mərtəbəli yaşayış kompleksinin 4-cü mərtəbəsində dağıntılar qeydə alınıb, digər binada isə mənzillərdə 150 kvadratmetr sahəni əhatə edən yanğın baş verib.

Başqa bir ünvanda isə 30 mərtəbəli yaşayış binasının 23-cü və 25-ci mərtəbələri arasında yanğın olub.

İlkin məlumata görə, Qoloseyevski rayonunda hücum nəticəsində yaşayış olmayan bir binada da yanğın baş verib.

V. Quliyev
 

Reklam