Advert
Advert

Koçaryan: Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır

Tarix:
Koçaryan: Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır
Reklam

“Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaranı məmnun etməyə çalışaraq Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır”. 

Reyting.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, revanşist qüvvələrin lideri Robert Koçaryan Rusiyanın RBC nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın əvvəlki liderlərindən heç biri Türkiyə ilə münasibətlərin qurulması və inkişafı üçün “erməni soyqırımı”nın tanınmasını ilkin şərt kimi qoymayıb. Lakin, onun fikrincə, Paşinyan daha da irəli gedərək tarixi hadisələrə yanaşmanı yenidən nəzərdən keçirməyə başlayıb: “O, sadəcə, tarixi yenidən yazır”.

Anti-türk mövqeyində olan və azərbaycanlılara qarşı hərbi cinayətlərdə iştirak etmiş Koçaryan əlavə edib ki, hazırkı Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olmasının qeyri-real mahiyyətini yaxşı bilir və əslində Rusiyanın deyil, Türkiyənin regiondakı təsirini gücləndirməyə çalışır.

“Söhbət Avropa İttifaqına qoşulmaqdan getmir. Söhbət Rusiyanın regional təsirini Türkiyənin təsirinə keçirməkdən gedir”, - deyə Koçaryan bildirib.

Koçaryanın fikrincə, Paşinyan qlobal geosiyasətin dəyişməsi və əvvəlki beynəlxalq münasibətlər modelinin zəifləməsi fonunda Ankara ilə daha sıx münasibətlər qurmağa çalışır.

E. Kamal
 

Reklam