Advert
Advert

Kollegiya sədri: "Hüquqi xidmətlər bazarının tənzimlənməməsi ciddi problemdir"

Tarix:
Kollegiya sədri:
Reklam

"Azərbaycanda hüquqi xidmətlər bazarında tənzimləmənin olmaması ciddi problemdir".

Reyting.az xəbər verir ki, bunu Bakıda keçirilən ​"Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

"Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, burada hüquqi xidmətlər bazarı tam liberaldır. Halbuki bu səviyyədə liberallıq əksər ölkələrdə mövcud deyil. Bir çox ölkələrdə hüquq təhsili olmayan şəxs hüquq şirkəti yarada bilməz. Hüquqşünas olaraq biz başqa peşə sahələrində eyni fəaliyyəti göstərə bilmirik, çünki həmin sahələrdə ciddi tələb və məhdudiyyətlər mövcuddur", - deyə o qeyd edib.

Onun sözlərinə görə, elə təsəvvür yaranmamalıdır ki, hüquq xüsusi bilik və peşəkarlıq tələb etməyən, hər kəsin məşğul ola biləcəyi fəaliyyət növüdür:

"Bu sahədə tələb olunan meyarlara cavab verməyən şəxslərin hüquqi xidmət göstərməsi düzgün yanaşma deyil. Həkim peşəsinə münasibətdə belə yanaşma mövcuddurmu? Xeyr. Çünki orada insanların sağlamlığı və taleyi həll olunur. Hüquqşünaslar da insanların taleyinə birbaşa təsir edən qərar və proseslərdə iştirak edirlər. Buna görə də hüquq peşəsinə münasibətdə də eyni həssaslıq göstərilməlidir. Düşünürəm ki, bu sahədə müəyyən tənzimləyici mexanizmlərin tətbiqi, peşə standartlarının müəyyənləşdirilməsi barədə ciddi düşünmək lazımdır"/report.

Reklam