İsrailə köçən komediya aktyoru Mixail Şats “İnstaqram”da ölkənin İranla münaqişəsini “milli əyləncə” adlandırıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, yəhudi əsilli satirik, komediant Mixail Şats İsrailin 6 şəhəri üzrə iki həftəlik qastrol səfərini uğurla başa vurub və pərəstişkarlarına yeni proqramı – “Liftoluk”u təqdim edib.
O, qastrol barədə “bu, çox gərgin iki həftə idi, hər gün Donald Trampın tvitlərindən sonra turun baş tutacağı və ya İranla mübahisə edərək milli əyləncəmizi davam etdirəcəyimiz bəlli deyildi”,- deyib.
Şats ABŞ Prezidenti Donald Trampa turunun baş tutmasına imkan yaratdığına görə istehza ilə təşəkkür edib.
V. Quliyev