Advert
Advert

Kommunistlərin liderini prezident seçiblər

Tarix:
Kommunistlərin liderini prezident seçiblər
Reklam

Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamı 2026-cı ildən 2031-ci ilə qədər prezident seçib.

Reyting.az xəbər verir ki, səsvermə mart ayında seçilmiş 16-cı Milli Assambleyanın ilk sessiyasında, Hanoyda baş tutub.

68 yaşlı To Lam 2024-cü ilin avqust ayından bəri hakim Kommunist Partiyasının rəhbəri vəzifəsində çalışır. Partiyanın yanvar ayında keçirilən 14-cü qurultayında o, 2026-cı ildən 2031-ci ilə qədər Mərkəzi Komitənin baş katibi vəzifəsinə yenidən seçilib.

E.Kamal

Reklam