ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya yardımın artırılması ilə bağlı qanun layihəsini səsverməyə təqdim edib.
Reyting.az xəbər verir ki, qanun layihəsini Konqresin 218 üzvü dəstəkləyib, 204-ü isə əleyhinə səs verib.
Layihənin təsdiqi üçün minimum 218 səs tələb olunurdu.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, hazırda Ukraynada nizamlanmaya dair razılaşma perspektivi yoxdur. O, sözlərinə əlavə edib ki, münaqişə tərəflərindən heç biri sülhə nail olmaq üçün zəruri güzəştlərə getməyə hazır deyil.
Y. Qacar