Körfəz bölgəsində mövcud atəşkəs son dərəcə kövrəkdir və tammiqyaslı müharibəyə çevrilə bilər.
Reyting.az-ın məlumatına görə, belə bir xəbərdarlığı BMT Baş katibi Antonio Quterreş edib.
BMT rəhbərinin sözlərinə görə, regionun bir neçə ölkəsində mülki şəxslər və mülki infrastruktur hücuma məruz qalıb. O, həmçinin qeyd edib ki, Hörmüz boğazı və ətrafında naviqasiya hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlər dünya miqyasında çətinliklərə və qeyri-sabitliyə səbəb olur, enerji qiymətlərini artırır, təchizat zəncirlərini pozur, inflyasiyanı artırır və inkişaf etməkdə olan ölkələrdə borc yükünün artması ilə nəticələnir.
Quterreş tərəfləri atəşkəsə hörmət etməyə və davamlı razılığa gəlmək üçün səyləri ikiqat artırmağa çağırıb.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində ABŞ-a məxsus Apaçi helikopterinin vurulmasından sonra İran ərazisinə zərbələr endirdiyini bildirmişdi. Buna cavab olaraq İranın elit hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr vurub.
Y. Qacar