Bukinqem Sarayı on illik əsaslı bərpa işlərindən sonra Britaniya monarxiyasının əsas iqamətgahı statusunu bərpa edə bilməyəcək.
Reyting.az xəbər verir ki, bu barədə "Bild" kral sarayındakı mənbəyə və illik maliyyə hesabatına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Kral III Çarlz və Kraliça Kamillanın təmir olunmuş saraya köçməsi gözlənilmir. Mənbə iddia edir ki, Britaniya monarxı Klarens Evində yaşamağa üstünlük verir və Londonun mərkəzindən kənarda özünü daha rahat hiss edir.
Taxt-tacın varisi Şahzadə Uilyamın da yaşayış yerini dəyişdirmək planı olmadığı və ailəsi ilə birlikdə yaşadığı London iqamətgahını, Vindzordakı evini saxlamaq niyyətində olduğu bildirilir.
Bukinqem Sarayı Britaniya monarxiyasının əsas inzibati və mərasim mərkəzi statusunu qoruyub saxlayacaq. Dövlət qəbulları, tamaşalar, rəsmi səfərlər və mükafatlandırma mərasimləri orada keçiriləcək və Kralın ofisi fəaliyyətini davam etdirəcək.
V. Quliyev